Bakı. Trend:
Peruda 6,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Korakora şəhərindən 50 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 73 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, həmçinin dağıntılar barədə məlumat daxil olmayıb.