Bakı. Trend:
Şimali Koreya lideri Kim Jong Unın nüfuzlu bacısı Kim Yo Conq çərşənbə günü bildirib ki, qardaşı ilə Donald Trump arasında son dövrdə baş verdiyi ehtimal olunan əlaqələrdən xəbərdar deyil. Bu açıqlama ABŞ prezidentinin Şimali Koreya lideri ilə əlaqədə olduğunu ima etməsindən sonra səsləndirilib.
Kim Yo Conq çərşənbə günü yayılan bəyanatında deyib:
“Şimali Koreya və ABŞ liderləri arasında əlaqələrə dair Vaşinqtondan yayılan son məlumatlarla bağlı mənim bundan ümumiyyətlə xəbərim yoxdur. Görünür, bu, ölkəmizin ali rəhbərliyinin xarici siyasəti ilə bağlı mənim xəbərdar olmadığım yeganə məsələdir.”
Kim Yo Conq həmçinin Donald Trampın ABŞ-ın Seulla birgə keçirdiyi hərbi təlimlərin müddətini qısaltmaq qərarının “şərhə layiq olmadığını” bildirib.
“ABŞ prezidenti tərəfindən elan edilən, ABŞ və Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərin miqyasının azaldılması ilə bağlı qərarın şərhə layiq olduğunu düşünmürük və bunu tamamilə maraqsız hesab edirik”, — Kim Yo Conq deyib.