Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməkdən böyük şərəf duyduğunu bildirib.
O, bu bərədə “X” hesabında qeyd edib.
“Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - səfir yazıb.