Bakı. Trend:
2026-cı ilin sonuna dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon məbləğində gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
“Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1.1 faiz olacaqdır. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ənisbəti 2026-cı ildə 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 17,5 faiz səviyyəsindəolacağı gözlənilir”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla
Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85,0 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280,0 milyon manatı isəqeyri-neft-qaz sektorunun payına düşür.
Eyni zamanda 2026-cı il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,0 faiz azdır.