Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" komandası Fransa Superkuboku uğrunda keçirilən oyunda "Lans"a 0:1 hesabı ilə məğlub olub.
Qarşılaşma Lans şəhərində yerləşən "Bollar-Delelis" stadionunda keçirilib.
Qalib komandanın yeganə qolunu oyunun 32-ci dəqiqəsində Floryan Toven vurub.
39-cu dəqiqədə "Lans"ın müdafiəçisi İsmaelo Qaniu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. PSJ-nin heyətində isə 87-ci dəqiqədə Nunu Mendeş qırmızı vərəqə ilə oyundan qovulub.