Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa vurub.
Bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Kuper avqustun 15-də başa çatan səfər çərçivəsində altı ölkəyə baş çəkib və Ərəb dənizində tapşırıq yerinə yetirən aviadaşıyıcını ziyarət edib.
Bildirilir ki, CENTCOM rəhbəri Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də dövlət rəsmiləri və hərbi rəhbərliklə görüşlər keçirib. O, həmçinin regionda yerləşdirilmiş ABŞ hərbçiləri ilə də görüşüb.
Komandanlıq vurğulayıb ki, Kuper bu il ikinci dəfə Abraham Lincoln aviadaşıyıcısının göyərtəsində olub
Məlumatda hazırda Yaxın Şərq bölgəsində təxminən 50 min ABŞ əsgərinin cəmləşdiyi bildirilib.