Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Çelsi”nin vingeri Pedro Netonun transferi ilə bağlı irəliləyiş əldə edib.
Səudiyyə təmsilçisi 26 yaşlı futbolçu ilə şəxsi müqavilənin əsas şərtlərini razılaşdırıb.
Bildirilir ki, “Çelsi” oyunçunu təxminən 60 milyon avro qarşılığında satmağa hazırdır. Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və “Əl-Hilal” London klubu ilə razılığın əldə olunacağına inanır.