Bakı. Trend:
12–16 avqustda Almaniyanın Frankfurt şəhərində bədii gimnastika üzrə 42-ci Dünya çempionatı keçirilir.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir:
"Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur. Ölkəmizi çempionatda fərdi proqramda Fidan Qurbanlı təmsil edib. Təmsilçimiz halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb".


















