Bakı.Trend:
Avqustun əvvəlinə olan göstəricilərə görə, Almaniyada anomal isti hava şəraiti ilə əlaqəli ölüm hallarının sayı 12 500 nəfərə çatıb.
Bu barədə “Tagesspiegel” qəzeti Robert Kox İnstitutunun statistik məlumatlarına istinadən məlumat yayıb.
Bu məlumatlar RKI-nin aprelin 6-dan avqustun 2-dək olan dövrü əhatə edən son ölüm halları hesabatına əsaslanır. İnstitut isti hava ilə əlaqəli artıq ölüm hallarının model əsaslı qiymətləndirilməsini aparıb.
Almaniyada bu il yüksək temperaturun səbəb olduğu ölüm hallarının sayı artıq əvvəlki illərdə qeydə alınan göstəriciləri ötüb. Müqayisə üçün, RKI-nin məlumatına görə, 2018-ci ildə isti hava şəraiti təxminən 9,4 min nəfərin ölümünə səbəb olub, 2019-cu ildə isə bu göstərici 7,7 min nəfər təşkil edib.