Bakı.Trend:
ABŞ və İran İslamabad memorandumu çərçivəsində qüvvəyə minmiş mövcud 60 günlük atəşkəs rejiminin qüvvəsinin uzadılmasına dair razılığa gəliblər.
Bu barədə “Anadolu” agentliyi Pakistan hökumətindən olan mənbələrinə istinadən xəbər yayıb.
Mənbələrin məlumatına görə, hazırkı razılaşmanın müddəti avqustun 17-də başa çatır.
Vaşinqton və Tehran artıq atəşkəs rejiminin uzadılmasına razı olduqları barədə vasitəçiləri məlumatlandırıblar.
“Hər iki tərəf vasitəçilərə müddətin uzadılmasına razı olduğunu çatdırıb”, - deyə danışıqların gedişindən xəbərdar olan mənbə bildirib.
Hazırda tərəflər razılaşmanın konkret hansı müddətə uzadılacağını müəyyənləşdirmək üçün vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparırlar.