Bakı. Trend:
2026- cı ilin II rübündə Azərbaycanın mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8.6% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Qeyd edilib ki, o cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 12.4%, təkrar mənzil bazarında isə 8.6% yüksəlib.
Bildirilib ki, 2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4%, aylıq əsasda isə 0.3% artıb.