Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Panama bayrağı altında üzən "Vela Nova" yük gəmisini zərərsizləşdirib.
Bu barədə Komandalıqdan məlumat verilib.
Məlumatda bildirilib ki, gəmi Vaşinqtonun İrana qarşı blokadasını pozmağa cəhd edib.
Bildirilib ki, gəmi Oman körfəzi vasitəsilə İrandakı limana doğru hərəkət edib və ABŞ hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb. Bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60 helikopteri “Vela Nova” gəmisinin mühərrik bölməsinə iki “Hellfire” raketi atıb. Nəticədə gəmi İrana doğru hərəkətini dayandırıb.
CENTCOM həmçinin bildirib ki, avqustun 11-nə olan məlumata görə, ABŞ qüvvələri blokadanı pozmağa cəhd etdikləri iddia edilən 55 kommersiya gəmisinin istiqamətini dəyişdirib, tələblərə əməl etməkdən imtina edən üç gəmini sıradan çıxarıb və daha iki gəmidə yoxlama aparıb.