Bakı.Trend:
Oman körfəzində Panama bayrağı altında üzən konteyner gəmisinə raket zərbəsi endirilib.
Bu barədə “Reuters” Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “Vanguard” şirkətinə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, “Vela Nova” konteyner gəmisinə Pakistan sahillərindən 71 dəniz mili məsafədə hücum edilib.
Daha əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Oman körfəzində tanker və hərbçilərin iştirakı ilə insident baş verdiyini bildirib.
Daha sonra UKMTO dəqiqləşdirib ki, söhbət tankerdən deyil, konteyner daşıyan gəmidən gedir.
Ekipaj üzvlərinin və gəminin aqibəti ilə bağlı məlumat verilmir.