Bakı.Trend:
Çinin “Çançjen-7A” daşıyıcı raketi Haynan adasındakı Vençan kosmodromundan buraxıldıqdan qısa müddət sonra havada partlayıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
“The Guardian”ın yazdığına görə, qəza buraxılışdan təxminən 90 saniyə sonra baş verib. Raket “Çjunşin-4B” peykini orbitə çıxarmalı idi. Partlayışın səbəbləri araşdırılır.
Bu qəza “Çançjen-7A”nın 2020-ci ilin martında həyata keçirilən ilk uçuşundan bəri altı ildən artıq müddətdə baş verən ilk qəza olub.