Bakı.Trend:
Ötən həftə (3-7 avqust) “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri azalıb.
Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən “Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə (20-24 iyul) ilə müqayisədə 3.88 ABŞ dolları və ya 4 faiz azalaraq 93.21 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində (3-7 avqust) bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 96.73 ABŞ dolları, minimal qiyməti isə 91.04 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 90.15 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin (3-7 avqust) göstəricisindən 2.97 ABŞ dolları və ya 3.19 faiz azdır. Həftə ərzində (3-7 avqust) ən yüksək qiymət bir barel üçün 93.54 ABŞ dolları, ən aşağı qiymət isə 87.89 ABŞ dolları olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə (3-7 avqust) ilə müqayisədə 1.3 ABŞ dolları və ya 2.18 faiz azalaraq bir barel üçün 58.43 ABŞ dolları təşkil edib. Həftə ərzində (3-7 avqust) maksimal qiymət 60.49 ABŞ dolları, minimal qiymət isə 56.38 ABŞ dolları olub.
“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 87.57 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə (3-7 avqust) ilə müqayisədə 3.67 ABŞ dolları və ya 4.02 faiz azdır. Həftə ərzində (3-7 avqust) bir barel üçün maksimal qiymət 91.43 ABŞ dolları, minimal qiymət isə 85.28 ABŞ dolları olub.
Neft/Tarix
03.08.2026
04.08.2026
05.08.2026
06.08.2026
07.08.2026
Orta qiymət
Azeri LT CIF
$96.73
$91.68
$91.04
$93.37
-
$93.21
Azeri Light FOB Ceyhan
$93.54
$88.88
$87.89
$90.30
-
$90.15
Urals (EX NOVO)
$60.49
$56.38
$56.77
$60.09
-
$58.43
Dated Brent
$91.43
$85.96
$85.28
$87.60
-
$87.57