Bakı. Trend:
Husilər Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus neft tankerinə hücum etdiklərini bildiriblər
Hərəkatın hərbi nümayəndəsi Yəhya Sərianın sözlərinə görə, gəmi zədələnib və geri dönməyə məcbur olub.
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" hərəkatının husiləri Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus Daisy neft tankerinə ballistik raketlə zərbə endirdiklərini iddia ediblər. Trend xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria bildirib.
"Silahlı qüvvələrimiz Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus Daisy tankerinə ballistik raketlə hücum etməyə müvəffəq olub. Əməliyyat məqsədinə uğurla çatıb. Gəmi zədələnib və geri dönməyə məcbur olub", - deyə o qeyd edib.