Bakı.Trend:
Sulavesi dənizinin akvatoriyasında, Mindanao adasının (Filippin) cənub sahilləri yaxınlığında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Filialın operativ məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 08:14-də baş verən zəlzələnin episentri Mindanao adasında yerləşən General-Santos şəhərindən 102 kilometr cənub-şərqdə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyi "dağıdıcı" səviyyədə qiymətləndirilib.
ABŞ Geoloji Tədqiqatlar Xidməti isə zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib. Qurumun məlumatına görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.