Bakı. Trend:
Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahın transferi ilə bağlı razılıq əldə edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata əsasən, futbolçunun İstanbula gətirilməsi üçün avqustun 5-də Yunanıstana xüsusi təyyarə göndəriləcək. Salahın burada "Trabzonspor"un prezidenti Ərtuğrul Doğanla görüşəcəyi, tibbi müayinədən keçəcəyi və daha sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Bundan sonra 34 yaşlı hücumçu klub rəhbərliyi ilə birlikdə Trabzona yollanacaq.