Bakı. Trend:
Suriya ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib və bölmələr İraqla sərhədə köçürülüb.
Bu barədə mənbələrə istinadən "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Ərəb Respublikasının Müdafiə Nazirliyi şəxsi heyətin "maksimum döyüş hazırlığına" gətirilməsini və "Suriya-İraq sərhədi boyunca hərbi hissələrin yerləşdirilməsini" əmr edib. Bu tədbirlərin səbəbləri barədə heç bir məlumat verilməyib.
Bildirilib ki, bir neçə gün əvvəl Dəməşq Bağdadı Suriya-İraq sərhədi yaxınlığında İran tərəfindən dəstəklənən silahlı qrupların qeydə alınmış fəaliyyəti barədə məlumatlandırıb. Mənbənin məlumatına görə, Suriya tərəfi İraq ərazisindən həyata keçirilən hər hansı bir hücumun cavab tədbirləri ilə qarşılanacağı barədə xəbərdarlıq edib və həmçinin İraq hakimiyyətini öz ərazilərinin Suriyaya qarşı əməliyyatlar üçün istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.