Bakı.Trend:
Kubada enerji böhranı davam edir. Ölkənin milli elektroenerji sistemi (SEN) avqustun 2-si axşam saatlarında növbəti dəfə tam sıradan çıxıb.
Bu barədə Kuba Dövlət Enerji Şirkəti məlumat yayıb.
Avqustun 1-də SEN-də qismən nasazlıq baş vermiş, nəticədə Kubanın qərb və mərkəzi bölgələrində yerləşən bir sıra əyalətlər elektrik enerjisiz qalmışdı. İyul ayında isə sistem səkkiz gün ərzində üç dəfə tam sıradan çıxmışdı.