Vətəndaşın eyni anda iki hüququ yaranarsa, misal olaraq, həm ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ yaranırsa mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər.
Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.