Bakı. Trend:
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" Sofiyanın CSKA klubuna penaltilərlə 4:5 hesabı ilə uduzub.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitib. Bu komandaların Bakıdakı qarşılaşması da qolsuz heç-heçə ilə bitmişdi.
Ağdam klubu mübarizəsini Konfrans Liqasında davam etdirəcək. Burada onların rəqibi Kiyevin "Dinamo" klubu olacaq.