Bakı. Trend:
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə "qartallar"ın heyətində Eren Aydın açıb. 71-ci dəqiqədə rəqibin heyətində Henri Anyer tarazlığı bərpa edib.
"Payde" ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti raunda yazdırıb. Rəşad Sadıqovun komandası isə avrokuboklarla vidalaşıb.