Bakı. Trend:
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) 330/110/10 kV-luq "Ələt AİZ" YS-nın tikintisi ilə əlaqədar 3 ədəd 250 MVA transformatorların və 1 ədəd 330 kV GİS yuvanın quraşdırılması işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 8.702,62 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 7 avqust 2026-cı il saat 15:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 7 avqust 2026-cı il saat 15:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 490 09 27
Əlaqədar şəxs: Həmid İsazadə
Email: [email protected]
Ünvan: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10
Qeyd edək ki, “Azərenerji” ASC sözügedən işlərin ümumi dəyərinin 58.017 milyon manat olacağını proqnozlaşdırıb.