Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinin davamı (4-cü mərhələ) işlərinin aparılması işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 2.538,34 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 2 sentyabr 2026-cı il saat 13:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 2 sentyabr 2026-cı il saat 13:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 493 03 18
Əlaqədar şəxs: Elgün Süleymanov
Email: [email protected]
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A
Qurum sözügedən işlərin ümumi dəyərinin 16.922 milyon manata başa gələcəyini proqnozlaşdırıb.