Son dövrlərdə əmlak bazarında dələduzluq və saxtakarlıq artıb. Bəzi hallarda kirayə götürülən evin başqasına satılması halları müşahidə edilir. Bəs, fırıldaqçılar digər şəxsin adına olan evləri satarkən hansı sənədlərdə saxtakarlığa yol verirlər? Bu kimi hallarla rastlaşan şəxslər nə etməlidir?
Mövzu ilə bağlı Metbuat.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb. O bildirib ki, bu cür cinayətkar şəbəkələr adətən əmlakları uzunmüddətli kirayə götürürlər, kirayə müqaviləsini rəsmi bağlayırlar və əmlak sahibinə uzunmüddətli kirayə pulunu ödəyirlər:
"Əmlakı kirayə götürən zaman, həmin əmlak sahibindən əmlakın çıxarışının və şəxsiyyət vəsiqəsinin surətini hansısa formada tələb edirlər. Daha sonra sənədlərin surəti ilə əsasən Rusiyanın müxtəlif notarial orqanlarında bu əmlakın satılması ilə bağlı öz adamlarının adına etibarnamə alırlar. Həmin etibarnamə ilə əmlakı digər şəxslərə satırlar.
Onların Rusiyadan aldığı notarial etibarnamə tam qanuni formada işləndiyinə görə, Azərbaycandakı notariuslar həmin sənədlərin həqiqiliyini yoxlayan zaman sistemə vurduqda, qanuni etibarnamə kimi görsənir. İşin kökündə saxtakarlıq olsa da, onlar qanuni şəkildə işi formalaşdırmağa çalışırlar ki, notariuslar bunu bilməsinlər".
Ekspert bu kimi dələduzluqla qarşılaşan şəxslərin nə etməli olduqları barədə danışarkən deyib:
Seyranə Quliyeva / Metbuat.az