Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Aşağı Əndəmic kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Aşağı Əndəmic kəndindən olan seçicilərlə yanaşı, Yuxarı Əndəmic kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.










