Bakı. Trend:
Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların kəsilməsi ilə bağlı sosial mediada görüntülər yayılıb.
Məsələni aydınlaşdırmaq üçün Sumqayıt İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İcra hakimiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar həqiqəti əks etdirmir:
“Qeyd olunan ərazidə ağac kəsilməyib”, - icra hakimiyyətinin məlumatında bildirilib.
Qeyd edək ki, sosial mediada yayılan görüntülər Şəhidlər xiyabanı ilə Göyərçin abidəsi arasında yerləşən ərazidəndir. Sakinlər bu ərazidəki ağac və kolların kəsilib məhv edildiyini iddia edirlər.