Bakı.Trend:
Böyük Britaniyanın Baş naziri Endi Bernem ABŞ-nin İrana qarşı zərbələr endirməsi üçün Britaniyanın hərbi bazalarından istifadəyə razılıq verib.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar əvvəlki baş nazir Kir Starmerin keçirdiyi müşavirədən sonra qəbul edilib.
İclasda nazirlər ABŞ-yə Hind okeanındakı Dieqo-Qarsiya hərbi bazasından və İngiltərədə yerləşən “RAF Fairford” aviabazasından İranın raket təhdidlərinə və Hörmüz boğazında gəmiçiliyə təhlükə yaradan obyektlərə qarşı əməliyyatlar üçün istifadə etməyə icazə verən mövcud siyasətin saxlanılması barədə razılığa gəliblər.
“Bloomberg”in həmsöhbətlərinin sözlərinə görə, bu həftə vəzifəsinin icrasına başlayan Bernem müşavirənin nəticələri ilə tanış olub və qəbul edilən qərarı dəstəkləyib. Bu isə Britaniya bazalarının ABŞ-nin İrana qarşı hazırkı hərbi əməliyyat mərhələsində istifadə olunacağı ehtimalını artırır.