Bakı.Trend
Hörmüz boğazının İranın nəzarətinə keçməsi Yaxın Şərq hüqudlarını aşan fəsadalar səbəb olacaq təhlükəli presedent yarada bilər.
Bunu ABŞ Dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi görüşdə bildirib.
“Yaxın Şərqdə hər hansı dövlətin beynəlxalq su yoluna nəzarət etdiyi, oradan keçid üçün ödəniş tələb etdiyi və ödəniş edilmədiyi təqdirdə gəmiləri partlada bildiyi bir presedent yaratsaq, bu, dünyanın digər bölgələrində, o cümlədən bu regionda da təkrarlana biləcək son dərəcə təhlükəli presedent olacaq”, – deyə o, bildirib.
Qeyd edək ki, Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) toplantısı keçirilir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.