Bakı. Trend:
Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Orteqa 1979–1990-cı illərdə prezident vəzifəsində olub. O, 2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri hakimiyyətdə qalır.
Dövlət başçısının sözlərinə görə, seçkilərin ləğvi müxalifətin hakimiyyətə gəlməsi imkanlarının qarşısını almaq məqsədi daşıyır.
"Burada artıq onların hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd göstərə biləcəyi seçkilər olmayacaq. Yankilər və somosistlər tərəfindən dəstəklənən partiyaların yenidən hakimiyyətə qayıtdığı dövrlər geridə qalıb və bir daha heç vaxt təkrarlanmayacaq", - deyə Orteqa bildirib.