Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal oluna malların bir hissəsinə əlavə 50%-lik rüsumların tətbiqi haqqında fərman imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
İmzalanmış fərman avqustun 19-da qüvvəyə minəcək.
Qeyd edilir ki, belə bir qərar Kanadanın ABŞ istehsalı olan avtomobillərə qarşı tətbiq etdiyi qərəzli tarif siyasətinə cavab olaraq qəbul edilib.
Tramp administrasiyası bildirir ki, Kanadanın tətbiq etdiyi məhdudiyyətlər ABŞ-dan avtomobil ixracının təxminən 22% azalmasına səbəb olub və yeni rüsumların Ottavanı ticarət siyasətinə yenidən baxmağa vadar edəcəyinə ümid edir.