Bakı. Trend:
İki neft tankeri təhlükəsiz hesab edilməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edərkən minalara düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın bildirdiyinə görə, hazırda xilasedicilər hadisə yerində əməliyyat aparır və tankerlərin heyət üzvlərini təhlükəli zonadan təxliyə edirlər.