Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patelin bu ilin payızında Rusiyaya səfər edəcəyi gözlənilir.
Bu barədə "Politico" nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Keş Patelin Rusiyaya səfəri ilin sonuna yaxın, böyük ehtimalla oktyabrın ortalarında baş tutacaq.
Mənbənin bildirdiyinə əsasən, səfərin oktyabrın 14-15-də keçirilməsi nəzərdə tutulur. FTB direktorunun Moskva və Sankt-Peterburqa da baş çəkməsi istisna edilmir.
Hazırda mümkün səfərlə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.