Bakı.Trend:
İstanbulun Qaraburun rayonunun sahillərində naməlum kamikadze tipli pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.
Bu barədə Türkiyənin “İhlas” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, dron qalıqlarında aktivləşməmiş partlayıcı olub və dəniz xüsusi təyinatlı dəstəsinin mühəndis-istehkamçıları onu idarəolunan partlayış metodu ilə zərərsizləşdiriblər.
PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmır.
Bundan əvvəl ayrı-ayrı vaxtlarda Samsun, Trabzon və Kastanomu vilayətlərində oxşar şəkildə ölkənin havam məkanını pozan yad PUA-lar aşkarlanmışdı. Dağıntılar texniki ekspertizanın aparılması üçün Ankaraya göndərilir.