Bakı. Trend:
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının B divizionunun finalına yüksəlib.
Millimiz yarımfinalda Norveçlə qarşılaşıb.
Norveç millisini Ramil Əliyev (2), Sabir Allaquliyev (2), Sahib Məmmədov və Orxan Məmmədovun qolları ilə 6:1 məğlub edən həmyerlilərimiz adlarını finala yazdırıblar.
19 iyulda keçiriləcək final qarşılaşmasında millimizin rəqibi daha əvvəl qrupda qarşılaşdığı Latviya yığması olacaq. Latviyalılar yarımfinalda Gürcüstanı 5:4 hesabı ilə məğlub edərək finala yüksəliblər.
Qeyd edək ki, millimiz qrupdakı üç oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlmiş, Latviyaya 2:3 hesabı ilə məğlub olmuşdu.