Bakı. Trend:
İyulun 17-də ABŞ-nin iki hərbi qulluqçusu İordaniyada döyüş zamanı həlak olub. Hadisə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və tərəfdaş qüvvələrin İranın ballistik raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf etdiyi vaxt baş verib. Bundan əlavə, bir ABŞ hərbçisi hazırda itkin düşmüş hesab olunur.
Bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən "X" sosial şəbəkəsində verilib.
"ABŞ-nin daha dörd hərbi qulluqçusu tibbi yardım göstərilməsi üçün İordaniyadakı xəstəxanalara təxliyə edilib. Onlar artıq xəstəxanadan buraxılıblar. Yüngül xəsarət alan digər hərbçilər isə xidmətlərini davam etdirmək üçün öz bölmələrinə qayıdıblar.
Həlak olan hərbçilərin ailələrinə hörmət əlaməti olaraq, CENTCOM yaxın qohumları məlumatlandırıldıqdan sonra 24 saat keçənədək əlavə məlumat, o cümlədən həlak olan hərbçilərin adlarını açıqlamayacağını bildirib", - deyə məlumatda qeyd edilib.