Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa "Ekstraklasa"sında çıxış edən "Rakuv" klubuna transfer olunur.
Almaniyanın "n-tv.de" portalının məlumatına görə, 29 yaşlı forvard artıq tibbi yoxlanışdan keçib.
Emreli "Kayzerslautern"dən ayrılaraq icarə əsasında “Rakuv”da oynayacaq. İcarə müddəti bir il olacaq və mövsümün sonunda "Rakuv" klubunun Emrelini almaq seçimi də var.
"Kayzerslautern"in "Maynts 05" ilə keçirdiyi son yoxlama matçında Emreli artıq komandanın heyətinə daxil edilməyib.
Qeyd edək ki, forvard 2021-2022 mövsümündə digər Polşa təmsilçisi "Legiya Varşava"nın heyətində çıxış edib.