Şuşa.Trend:
IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel müzakirəsi keçirilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, panel müzakirəsində natiqlər media diplomatiyasının ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, dezinformasiyaya qarşı mübarizədə və ictimai etimadın bərpasındakı rolunu müzakirə edirlər.
İştirakçılar media savadlılığının artırılması, tənqidi düşüncənin inkişafı, informasiyanın məsuliyyətli istehlakının təşviqi, eləcə də informasiya təhdidlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti məsələlərinə xüsusi diqqət yetirirlər.
Xəbər yenilənir...




