Bakı. Trend:
Peruda 2026-cı il futbol üzrə dünya çempionatı zamanı 500-dən çox uşağa Norveç millisinin hücumçusu Erlinq Holandın adı verilib.
Bu barədə RFİ məlumat verib.
Nəşrin məlumatına görə, hücumçunun 2026-cı il dünya çempionatındakı çıxışı Cənubi Amerika ölkəsində ona marağın artmasına səbəb olub. Hazırda Peruda 468 uşağa Holand və 91 yeni doğulan körpəyə isə Erlinq Holand adı verilib. Bildirilir ki, bu adlı uşaqların qeydiyyatında sıçrayış Norveçin Braziliya üzərində 2:1 hesablı qələbəsindən sonra baş verib. Həmin oyunda skandinaviyalı hücumçu dubla imza atıb.
Bundan əlavə, Peruda 3402 nəfər Messi adını daşıyır, onlardan 292 nəfərin tam adı Lionel Messidir. Daha 1185 nəfərə Kriştianu Ronaldo, 1241 nəfərə Lamin Yamal, 33 809 nəfərə isə Neymar adı verilib.