Prezident İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib.
Metbuat.az xəbər verir ki, qəbul mayın 2-də baş tutub. Dövlət başçısı Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovla müzakirələr aparıb.