Bakı. Trend:
Fransanın "Pari Sen-Jermen" futbol klubu italiyalı qapıçı Alessandro Lonqoni ilə müqavilə imzalayıb.
Bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
18 yaşlı qolkiper PSJ-yə azad agent kimi keçib. O, "Milan"ın yetirməsidir və klubun gənclər komandasında çıxış edib.
Fabrizio Romanonun məlumatına görə, Alessandro Lonqoni Paris təmsilçisinin üçüncü qapıçısı olacaq. Ötən mövsüm bu rolu yerinə yetirən Renato Marin isə icarə əsasında Portuqaliya klublarından birinə göndəriləcək.