Bakı. Trend:
İsrail hərbçiləri Livanın cənubunda şiə təşkilatı "Hizbullah"ın silahlı dəstələri tərəfindən istifadə olunduğu bildirilən iri yeraltı obyekti məhv ediblər.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, obyekt Livanın cənubundakı Məcdəl-Zun qəsəbəsinin yaxınlığında yerləşib.
"Mənbədə qeyd olunur ki, uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən çox olan tuneldə yüzlərlə silah-sursat və İsrail Dövləti ilə onun vətəndaşlarına qarşı zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu yerləşirdi", - deyə bəyanatda vurğulanıb.