Bakı. Trend:
ABŞ və İran qarşılıqlı zərbələri dayandırmaq, həmçinin Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə iyunun 30-da Dohada məsləhətləşmələr keçirmək barədə razılığa gəliblər.
Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinin sözlərinə görə, ABŞ və İran qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəlib. Çünki tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Dohada görüşərək Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etməyi planlaşdırırlar", - deyə məlumatda bildirilib.