Bakı. Trend:
Formula 1 üzrə Avstriya Qran Prisində Corc Rassel (Mercedes) qalib gəlib.
Dördqat Formula 1 çempionu Maks Verstappen (Red Bull) ikinci, Rasselin komanda yoldaşı Kimi Antonelli isə finiş xəttini üçüncü keçib.
Sürücülərin sıralamasında çempionat lideri olaraq K. Antonelli (171 xal), ikinci yerdə C. Rassel (131), üçüncü yerdə isə yeddiqat dünya çempionu, "Ferrari" komandasının sürücüsü Lyuis Hamilton (125) qərarlaşıb.