Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycan neftinin qiyməti əvvəlkinə nisbətən 3,01 dollar və ya 3,9% azalaraq barel üçün 74,36 dollara düşüb.
Bu barədə Trend-ə neft bazarındakı mənbə bildirib.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə Azeri Light markalı neftin bir barelinin qiyməti 3,02 dollar və ya 4% azalaraq 71,90 dollara düşüb.
URALS xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 3,71 dollar və ya 7,7% azalaraq barel üçün 44,14 dollara düşüb.
Şimal dənizində hasil edilən Dated Brent xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,68 dollar və ya 3,7% azalaraq barel üçün 70,56 dollara düşüb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti barel üçün 65 dollar proqnozlaşdırılır.