Bakı. Trend:
Böyük Britaniya müdafiə büdcəsini təxminən 20 milyard dollara çatdırmağı planlaşdırır.
"Financial Times" (FT) qəzetinin yaydığı məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer növbəti üç il ərzində müdafiə xərclərini 14,5 milyard funt sterlinqdən 15 milyard funt sterlinqə (19,2 milyard dollardan 19,8 milyard dollara) yüksəltməyi nəzərdə tutur.
Bildirilir ki, bununla bağlı rəsmi açıqlamanın iyunun 30-da verilməsi gözlənilir. Britaniya KİV-lərinin məlumatına əsasən, Starmer bu məqsədlə əlavə olaraq 13,5 milyard funt sterlinqdən çox olmayan vəsait ayırmağa hazırdır. Bununla belə, iyunun ortalarında istefa verən ölkənin müdafiə naziri Con Hili bu maliyyələşdirmə səviyyəsini kifayət hesab etməyib.
Məqalədə qeyd olunur ki, yeni müdafiə strategiyası çərçivəsində ön xətt bölmələrinin təminatı, yaralıların döyüş meydanından təxliyəsi üçün pilotsuz yerüstü platformalar da daxil olmaqla, dronlara və digər müasir hərbi sistemlərə investisiyaların artırılması planlaşdırılır.
"Financial Times" Starmerin müdafiə xərclərini artırmaq təşəbbüsünü onun baş nazir kimi siyasi irsini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib. Nəşr xatırladıb ki, siyasətçi iyunun 22-də istefa vermək niyyətində olduğunu açıqlayıb.