Bakı. Trend:
ABŞ administrasiyası Venesuelədə dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 150 milyon ABŞ dolları ayıracaq.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Bundan əlavə, təxirəsalınmaz axtarış-xilasetmə əməliyyatları, hava nəqliyyatı ilə daşınmalar və yardımın əlaqələndirilməsi ilə yanaşı, ABŞ tərəfdaşlarımız vasitəsilə Venesueləyə yardım məqsədilə 150 milyon ABŞ dolları səfərbər edəcək", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, vəsaitin 50 milyon ABŞ dolları Venesuelədə fəaliyyət göstərən tərəfdaş təşkilatlara, daha 100 milyon ABŞ dolları isə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə ayrılacaq.