Bakı. Trend:
Avropanın ən böyük ucuz aviaşirkəti olan İrlandiyanın Ryanair şirkəti ailə oturacaqları siyasətində dəyişiklik etdiyini açıqlayıb.
Xarici media yazır ki, indi azyaşlı uşaqlarla səyahət edən valideynlər əlavə yer seçimi haqqı ödəmədən uşaqlarının yanında otura biləcəklər. Yeni siyasətə əsasən, pulsuz valideyn oturacaqları təyyarənin arxa hissəsində, ön sıralarda isə müəyyən ödəniş müqabilində mövcud olacaq. Dəyişiklik 25 iyun tarixindən qüvvəyə minib.
İyunun 11-də Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) aviaşirkətə qarşı uşağın yanında oturmaq imkanı üçün pul tələb etməsi ilə bağlı araşdırma başladıb.
şirkətin "sənaye standartlarına uyğunlaşmaqda istəksiz" olduğunu, çünki "səhv yönləndirilmiş tənzimləyicilərə Böyük Britaniya və Avropa istehlakçılarının maraqlarına uyğun olanı nə qədər səhv başa düşdüklərini izah etməyə vaxt itirmək" istəmədiyini söylədi.
Ryanair-in baş direktoru Maykl O'Liri əvvəlki siyasətin qanuna tam uyğun olduğunu və ailələrə güvən verdiyini vurğulayıb və indi ailələrin hansı yerlərin ayrıldığını öyrənmək üçün qeydiyyatın sonuna qədər gözləməli olacaqlarını bildirib.