Bakı. Trend:
Venesuelanın şimalında 7.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.